haberL haberR

Bakı metrosunda vaqonda əlbəyaxa dava

Kateqoriya: Hadisə Yayımlama tarixi: 31.08.2016 11:25:24

Vaqonda sərnişinlər arasında insident baş verib.

Hadisə dünən axşam saatlarında "20 Yanvar" stansiyası istiqamətində hərəkət edən qatarda baş verib. Bu barədə İslamazeri.az-a şahidlər məlumat verib. İnsidentə səbəb ortayaşlı kişiylə gənc oğlan arasında yaşanan mübahisə olub. Belə ki, ortayaşlı sərnişin özündən yaşca kiçik şəxsi nalayiq sözlərlə təhqir edib. Hətta iş o yerə çatıb ki, təhqirə yol verən şəxs qarşısındakına fiziki güc göstərmək istəyib. Digər sərnişinlərin müdaxiləsinə baxmayaraq iki şəxs arasında əlbəyaxa dava olub. Ortayaşlı kişinin alışqanla gəncin saqqalını yandırmaq cəhdindən sonra ara qarışıb. Nəticədə gənc oğlan həmin şəxsə ardıcıl yumruq zərbələri endirib. Digər sərnişinlərin müdaxiləsindən sonra ara sakitləşib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.