haberL haberR

Bakı Nəqliyyat Agentliyi taksi xidməti ilə bağlı yayılan xəbərə aydınlıq gətirdi

Kateqoriya: Ölkə Yayımlama tarixi: 28.07.2016 18:48:36

Konsepsiya üzərində iş isə artıq yekunlaşmaq üzrədir
İslamazeri.az Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə Əlaqələr şöbəsinə istinadən xəbər verir ki, 28.07.2016 cı il tarixində bır sıra KİV-də Bakı şəhərində taksi xidməti göstərən göstərən hüquqi və fiziki səxşlər üçün bir sıra yeniliklərin nəzərdə tutulması haqqında informasiyalar yayılıb. BNA-ya görə BNA-ya istinadən yayılan həmin məlumatlarda bəzi məqamların düzgün başa düşülmədiyini nəzərə alınaraq infomasiyanın bu formada yazılmasını məqsədə uyğun hesab edilib:
"Belə ki, Bakı şəhəri və onun inzibati ərazisində taksi faəliyyəti ilə məşğul olmaq istəyən fiziki və hüquqi şəxslər “Fərqlənmə nişanı” əldə etməlidirlər. “Fərqlənmə nişanı”nın əldə edilməsi üçün müəyyən edilən dövlət rüsümü yalnız və yalnız ASAN xidmət mərkəzlərindəki müvafiq bank şöbələrində ödənilir. Dövlət rüsumunun ödənilməsi ilə bağlı qəbz alındıqdan sonra sürücü Bakı Nəqliyyat Agentliyinə müraciət edərək “Fərqlənmə nişanı”nı əldə edə bilər.  Yəni yayılan informasiyalarda qeyd edildiyi kimi taksi fəaliyyəti üçün fərqlənmə nişanları ASAN xidmət mərkəzləri deyil Baki Nəqliyyat Agentliyi tərəfindən verilir.
Ümumilikdə isə taksi fəaliyyəti ilə bağlı nəzərdə tutulan yeniliklər Bakı Nəqliyyat Konsepsiyası hazır olduqdan sonra tətbiq ediləcək. Konsepsiya üzərində iş isə artıq yekunlaşmaq üzrədir."
Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.