haberL haberR

Bakı-Quba yolunda iki avtomobil toqquşub

Kateqoriya: Kriminal Yayımlama tarixi: 15.08.2015 15:06:58

Məlikov Telman Balami oğlu ağır bədən xəsarətləri alıb. O, Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb

 Bu gün Şabran rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Qəza Bakı-Quba- Rusiya Federasiyası dövlət sərhədi yolunun Şabran rayonunun  Dəvəçikənd kəndi ərazisində qeydə alınıb. “VAZ 21 015” markalı nəqliyyat vasitəsi ilə “Ford” markalı yük maşınının toqquşması nəticəsində minik maşınının sürücüsü, Şabran rayon sakini, 1978-ci il təvəllüdlü Məlikov Telman Balami oğlu ağır bədən xəsarətləri alıb. O, Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı Baş Dövlət Yol Polis idarəsinin istintaq və təhqiqat bölməsində cinayət işi açılıb, araşdırma aparılır. (apa)

 

 
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.