haberL haberR

Bakı sakini mənzilində qətl edilib

Kateqoriya: Kriminal Yayımlama tarixi: 07.01.2016 18:30:59

Paytaxtda növəbti dəfə qətl törədilib

Nizami rayon Polis İdarəsinin 24-cü Polis Bölməsindən APA-ya verilən məlumata görə, hadisə bu gün rayonun R.Rüstəmov küçəsi ev 4, mənzil 46 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan Fərid Abbasovun üzərində çoxsaylı xəsarətləri olan meyiti aşkar edilib.

Hadisə yerində Nizami rayon Polis İdarəsi və rayon Prokurorluğunun əməkdaşlarından ibarət əməliyyat qrupu çıxıb.

Hazırda hadisənin baş vermə səbəbləri və qətli törədən şəxslərin müəyyənləşdirilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Faktla bağlı Nizami rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.