haberL haberR

Bakı-Sumqayıt qatarları üçün verilmiş qərar qüvvəyə mindi

Kateqoriya: Sosial Yayımlama tarixi: 19.10.2015 11:24:09

Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlinə edilən dəyişiklik bu gündən qüvvəyə minir

Qeyd olunur ki, son vaxtlar artan sərnişin sıxlığını və sərnişinlərin təkliflərini nəzərə alaraq, Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının intensivliyi artırılıb, reyslər arasındakı intervallar azaldılıb.

Elektrik qatarları gün ərzində 20 reys edəcəklər: 10-u Bakı-sərnişin stansiyasından Sumqayıt - sərnişin stansiyasına, 10-u isə əks istiqamətə.

Beləliklə, oktyabrın 18-dən etibarən Bakı-Sumqayıt elektrik qatarları Bakı sərnişin stansiyasından saat 05:00, 05:20, 05:35, 05:50, 08:30, 16:00, 17:35, 18:30, 19:00 və 19:50-də, Sumqayıt sərnişin stansiyasından 07:00, 07:30, 07.45, 08:00, 09:30, 17:10, 18:40, 20:00, 20:50 və 21:20-də yola düşməyə başlayır.

Hər şənbə, bazar və bayram günləri, sərnişin sıxlığı az olduğuna görə, Bakı sərnişin stansiyasından saat 05:00-da və 05:20-də, Sumqayıt sərnişin stansiyasından isə saat 07:00-da və 07:30-da yola düşən elektrik qatarları hərəkətdə olmayacaq. (qafqazinfo)

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.