haberL haberR

Bakı-Tbilisi-Qars xəttində gömrük prosedurları sadələşdiriləcək

Kateqoriya: Sosial Yayımlama tarixi: 08.09.2015 11:24:01

övlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bu barədə məlumat verib
Verilən məlumata görə, bunu bu gün Ümumdünya Gömrük Təşkilatının 10-cu illik PİCARD Konfransının açılışında çıxışında Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib.
Ümumdünya Gömrük Təşkilatının 10-cu  illik PİCARD Konfransının Azərbaycanda keçirilməsinin mühüm hadisə olduğunu vurğulayan A. Əliyev gömrükçülərimizin bundan sonra da üzərinə düşən vəzifəni şərəflə yerinə yetirməyə çalışacaqlarını qeyd edib.
Baş nazirin müavini Abid Şərifov isə deyib ki, son 10 ildə Azərbaycan iqtisadiyyatı inkişaf edib, daxili və xarici investorlar üçün əlverişli şərait yaradılıb. Tarixi İpək Yolunun Azərbaycandan keçdiyini xatırladan A. Şərifov deyib ki, tezliklə istifadəyə veriləcək Bakı-Tbilisi-Qars dəmir yolu ilə bağlı gömrük prosedurunun sadələşdirilməsi qarşıda duran vəzifədir.
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.