haberL haberR

Bakıda 29 yaşlı oğlan qətlə yetirilib

Kateqoriya: Kriminal Yayımlama tarixi: 28.12.2015 10:58:43

Bakıda qətl törədilib.

Binəqədi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Natiq Həşimi küçəsində qeydə alınıb. Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü Kamran Vahid oğlu Bağırov aralarında yaranmış münaqişə zəmində tanışı, 1986-cı il təvəllüdlü Cümşüd Əsədulla oğlu Rüstəmovu bıçaqlayaraq qətlə yetirib.

 

Qətli törədən K. Bağırov saxlanılıb.

 

Faktla bağlı Binəqədi Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.