haberL haberR

Bakıda 3 yaşlı körpənin faciəli ölümü

Kateqoriya: Hadisə Yayımlama tarixi: 12.05.2016 14:13:48

Hadisə yerinə xeyli insan yığılsa da, uşağın valideynləri tapılmayıb.

Bu gün Bakıda azyaşlının ölümü ilə nəticələnən hadisə baş verib.

Lent.az bildirir ki, saat 07 radələrində Qara Qarayev prosektində binanın qarşısında 3-4 yaşlı oğlan uşağının meyidi tapılıb.

Hadisə yerinə xeyli insan yığılsa da, uşağın valideynləri tapılmayıb.

Saat 09 radələrində yuxudan ayılan valideynlər uşağın eyvandan yıxılaraq öldüyünü görüblər.

İlkin araşdırma zamanı bədbəxt hadisə nəticəsində ölən uşağın 2013-cü il təvəllüdlü Vəliyev İsa Rüstəm oğlu olması müəyyən edilib. Məlum olub ki, səhər yuxudan duran uşaq nənənin bazara getməsi ilə nəzarətsiz qalıb və eyvana çıxıb.

Valideynləri hələ də yuxuda olduğundan uşağın başına gələndən xeyli sonra xəbər tutub.

Faktla bağlı araşdırma aparılır.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.