haberL haberR

Bakıda "Xəzər: ətraf mühit üçün texnologiyalar” sərgisi açılıb

Kateqoriya: Ölkə Yayımlama tarixi: 19.11.2014 12:05:20

Bu gün Bakı Ekspo Mərkəzində beşinci yubiley beynəlxalq “Xəzər: ətraf mühit üçün texnologiyalar” sərgisinin (“CTE-2014”) açılış mərasimi olub.

İslamazeri.az xəbər verir ki, açılış mərasimdə ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov iştirak edib.

Məlumat verilib ki, “СТЕ” yubiley sərgisi Azərbaycan, Almaniya, Böyük Britaniya, Yunanıstan, Danimarka, İtaliya, İsveç, Rusiya, Serbiya, Türkiyə və digər ölkələrdən gələn şirkətləri bir meydançada toplayacaq. Azərbaycanda keçirilən ekoloji sərgidə ilk dəfə olaraq Çexiyanın milli stendi də iştirak edir.

“CTE-2014” beynəlxalq sərgisində Azərbaycan, Çexiya, Almaniya, İtaliya, Türkiyə, Rusiya, Böyük Britaniya, Fransa, İsveç və digər ölkələrdən 77 şirkət iştirak edir.

Sərgidə şirkət və dövlət strukturları ilə yanaşı, ekologiya sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları da öz stendlərini nümayiş etdirirlər.

Sərgi öz işini noyabrın 21-dək davam etdirəcək.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.