haberL haberR

Bakıda ana və oğlu evlərində öldürüldü

Kateqoriya: Kriminal Yayımlama tarixi: 19.01.2016 10:54:27

Hadisənin tamah məqsədi ilə törədildiyi ehtimal edilir.

Paytaxt Bakıda mənzillərdən birində üzərində xəsarətlər olan iki meyit aşkarlanıb.Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Nərimanov rayonunda mənzildə 1949-cu il təvəllüdlü Janna Hənifəyevna Məhərrəmova və 1982-ci il təvəllüdlü Aleksandr Gennadiyeviç Məhərrəmovun bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. 

Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açılıb. Onların cəsədini aidiyyəti üzrə təhvil veriblər. 

Hüquq-mühafizə orqanlarından məsələ ilə bağlı ANS PRESS-ə bildirdilər ki, A. M. Cümə küçəsi ev 4, mənzil 21-də cəsədi aşkarlanan hər iki şəxs öz əcəli ilə dünyasını dəyişməyib. Hər iki şəxsin baş nahiyəsindən küt alətlə xəsarət yetirilərək öldürülüb. 

Hadisənin tamah məqsədi ilə törədildiyi ehtimal edilir.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir. 

Qətlə yetirilən Aleksandr Janna Məhərrəmovanın oğludur.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.