haberL haberR

Bakıda avtobus qəzası, ikisi körpə olmaqla 4 nəfər yaralandı

Kateqoriya: Hadisə Yayımlama tarixi: 20.04.2016 10:48:20

Bakıda sərnişin avtobusunun iştirakı ilə yol qəzası baş verib.

İslamazeri.az lent.az-a istinadən bildirir ki, Sabunçu rayonu ərazisində, Zabrat-Maştağa yolunda "Daewoo" markalı, 10 TC 713 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu ilə "Daewoo Damac" markalı minik avtomobili toqquşub. Nəticədə 56 yaşlı kişi və 38 yaşlı qadın, eləcə də 3 və 1 yaşlı iki oğlan uşağı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar 3 saylı şəhər xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.