haberL haberR

Bakıda Azərbaycan və Ukrayna prezidentlərinin görüşü keçirilir

Kateqoriya: Siyasət Yayımlama tarixi: 14.07.2016 10:43:29

Azərbaycanda rəsmi səfərdə olan Ukrayna Prezidenti Pyotr Poroşenkonun iyulun 14-də rəsmi qarşılanma mərasimi olub.

Prezidentin rəsmi saytı xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Ukrayna Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verib. Azərbaycan Prezidenti İlham Əliyev Ukrayna Prezidenti Pyotr Poroşenkonu qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi Ukrayna Prezidentinə raport verib.
Ukraynanın və Azərbaycan Respublikasının dövlət himnləri səslənib.
Prezident İlham Əliyev və Prezident Pyotr Poroşenko fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Ukrayna Prezidenti Azərbaycan əsgərlərini salamlayıb.
Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri Prezident Pyotr Poroşenkoya, Ukraynanın nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.
Azərbaycan və Ukrayna prezidentləri rəsmi foto çəkdiriblər.
Prezidentlərin təkbətək görüşündən sonra Azərbaycan və Ukrayna Prezidentləri Şurasının 5-ci iclası keçiriləcək.
Şuranın iclasının yekunu olaraq bir sıra ikitərəfli sazişlərin imzalanacağı planlaşdırılır.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.