haberL haberR

Bakıda bağlanan Həzrəti Zeynəb (s.ə) məscidindən xəbər var

Kateqoriya: Ölkə Yayımlama tarixi: 01.07.2016 11:13:26

Bakının Sabunçu qəsəbəsində Həzrəti Zeynəb (s.ə) məscidinin bağlanması haqqında məlumat vermişdik.

Məlumatda bildirilirdi ki, 6 aydan çox idi ki, fəaliyyət göstərən məscidin qapısına icra hakimiyyətinin nümayəndəlıəri tərəfindən qıfılı vurulub və möminlərin orada ibadət edilməsi qadağan edilib.

Baş verənlərə aydınlıq gətirmək üçün məscidin açıq olduğu dövr ərzində orada axund kimi fəaliyyət göstərən Aslan Həbibovla əlaqə saxladıq. “İslaminSesi”nə açıqlama verən Aslan Həbibov bildirdi ki, məscidin bağlanmasının səbəbi sənədlərin qaydasında olmaması ilə bağlıdır. Aslan Həbibov hazırda icra hakimiyyətindən onlara sənədləri qaydasına salınmasına dair göstəriş verildiyini və bu istiqamətdə işlər gördüklərini söylədi:

“İcra hakimiyyətindən bizə bildirdilər ki, məscidin fəaliyyətinə dair Dini Komitədən və QMİ-dən bizə göstəriş gəlməlidir. Biz də öz növbəmizdə məscidin icmasının təsis olunması ilə bağlı bütün sənədləri hazırlayaraq aidiyyəti qurumlar üzrə göndərmişik. Ümid edirik ki, yaxın zamanalarda bütün hüquqi prosedurların hamısı həll olunacaq.”

Qeyd edək ki, sözügedən məscidin ərazisi 110 kvadrat metrdir və eyni zamanda məscid daxilində 100 nəfərdən çox insan ibadət edə bilir.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.