haberL haberR

Bakıda bir gecədə 15-dən çox "Milli Ön" terminalından oğurluq olub

Kateqoriya: Kriminal Yayımlama tarixi: 01.04.2015 19:00:00

Bakının Yasamal və Nəsimi rayonlarında bir gecədə 15-dən çox "Milli Ön" terminalından oğurluq edilib

İslamazeri.az-ın "Report"a istinadən verdiyi məlumatına görə, gecəyarısı "Milli Ön" məntəqələrinə hücum edən cinayətkarlar külli miqdarda pul mənimsəyərək aparatları yararsız vəziyyətə salıblar.

Artıq hadisə ilə bağlı Yasamal və Nəsimi rayon polis idarələrində əməliyyat-istintaq qrupu yaradılıb.

Cinayəti törədən şəxs və ya şəxslərin axtarışları davam etdirilir.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.