haberL haberR
Naməlum şəxs rabitə qovşağından"102" xidmətinə zəng edərək, metro ətrafında bomba olduğunu və partlayacağını bildirib
Bu gün saat 12:30 radələrində "Neftçilər" metrosu ətrafında bomba həyəcanı yaşanıb. 
 
Naməlum şəxs rabitə qovşağından"102" xidmətinə zəng edərək, metro ətrafında bomba olduğunu və partlayacağını bildirib.
 
Hadisə yerinə dərhal polis əməkdaşları gəliblər. 
 
Nizami rayonunun 24-cü və 25-ci polis idarələrinin əməkdaşları "Magnit" ticarət mərkəzinin ətrafında olan şəxsi müəyyənləşdirmək üçün bütün obyektlərin təhlükəsizlik kamerasını nəzarətə götürüblər.
 
Hazırda proses davam etdirilir. (Musavat.com)
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.