haberL haberR

Bakıda daha bir daşlı yol asfaltlanacaq - Sürücülərin nəzərinə

Kateqoriya: Ölkə Yayımlama tarixi: 04.03.2016 11:15:18

Martın 5-də həmin yol bağlanacaq
Avropa Qran-Prisinin Azərbaycandakı təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bu il iyun ayında keçiriləcək “Formula-1” yarışı ilə bağlı hazırlıq işlərini davam etdirir. Paytaxtın yarış trekinin üzərinə düşən mərkəzi küçələrində təmir-tikinti işləri qismən aparılır.

NİİM-dən verilən məlumata görə, mövcud olan daş örtüyünün üzərinə qoruyucu və müvəqqəti asfalt qatının salınması ilə əlaqədar olaraq, 3-4 mart tarixlərində Əziz Əliyev küçəsində nəqliyyatın hərəkəti tamamilə dayandırılacaq. 

Qoşa Qala Qapıları isə həmin günlərdə avtomobillərin hərəkəti üçün açıq olacaq.

Martın 5-də Əziz Əliyev küçəsi də daxil olmaqla bu küçədən başlayaraq İstiqlaliyyət küçəsi ilə Azərbaycan prospektinin kəsişməsinədək olan hissədə nəqliyyatın hərəkətinə icazə verilməyəcək. Həmin gün Qoşa Qala Qapıları da avtomobillərin hərəkəti üçün bağlı olacaq. Avtomobillər hər iki küçə ilə yalnız martın 6-sı səhər saatlarından etibarən hərəkət edə biləcəklər.

Xatırladaq ki, yarışdan öncə salınacaq və “Formula-1” yarışı standartına cavab verən yenilənmiş yollar daimidir. Bu yollar Qran-Pridən sonra paytaxt sakinlərinin istifadəsində olacaq.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.