haberL haberR

​Bakıda daha bir yol təmirə bağlanır

Kateqoriya: Ölkə Yayımlama tarixi: 21.07.2016 17:42:46

Bu barədə "Azəravtoyol" ASC-nin Mətbuat Katibliyindən məlumat verilib.

İyulun 22-dən 23-nə keçən gecədən etibarən Bakının Qara Qarayev prospektinin Rüstəm Rüstəmov (Neftçilər metrosu) və Bəhruz Nuriyev (“Laçın” ticarət mərkəzi) küçələri arasında yerləşən hissəsi avtonəqliyyat vasitələrinin hərəkəti üçün bağlanacaq.
Məlumata görə, yolun bağlanması qısa müddətə nəzərdə tutulub və təmir işləri ilə əlaqədardır. Sürücülərdən bunu nəzərə alaraq öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollar seçmək tövsiyə olunur.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.