haberL haberR

Bakıda dollar satışı dayandırıldı

Kateqoriya: Ölkə Yayımlama tarixi: 30.08.2016 18:11:17

Bu gündən etibarən Azərbaycan bankları xarici valyuta satışını dayandırıb.

Satışın dayandırılmasının səbəbini “Bank Respublika”da izah etməkdə çətinlik çəkiblər və bildiriblər ki, bu “bankın daxili qərarıdır”. “AtaBank”da və AFB-də deyiblər ki, bu banklarda artıq bir neçə gündür dollar satılmır.

“Nikoil Bank”dan verilən xəbərə görə, avqustun 30-dan bütün növ xarici valyutanın satışını dayandırıblar.

Qeyd edək ki, bugünkü hərracda 29 kommersiya bankı Dövlət Neft Fondunun satışa çıxardığı 50 milyon dolları alıb. Qeyri-rəsmi məlumata görə, tələbat təklifdən xeyli yüksək olub.(virtualaz)

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.