haberL haberR

Bakıda ən çox cinayət törədilən rayonların adları açıqlanıb - Siyahı

Kateqoriya: Ölkə Yayımlama tarixi: 16.03.2016 10:31:04

Bakı şəhərinin rayonları üzrə ən çox cinayət hadisələri Binəqədi rayonunda qeydə alınır.

"Report" Bakı Şəhəri Statistika İdarəsinə istinadən xəbər verir ki, 2014-cü ildə Bakı şəhəri üzrə cəmi 12 288 cinayət qeydə alınıb. Bu rəqəm 2013-cü ildə 10 984, 2000-ci ildə 5 539 olub.

2014-cü ildə Binəqədi rayonunda 1 504 cinayət qeydə alınıb. 2013-cü ildə bu rəqəm 1 414, 2000-ci ildə 516 olub.

Xətai rayonunda 2014-cü ildə 1 344 cinayət qeydə alınıb. 2000-ci ildə bu göstərici 679 olub.
Bakı şəhərinin rayonları üzrə ən az cinayət Səbail rayonunda qeydə alınır. Belə ki, 2014-cü ildə bu rayonda 700 cinayət qeydə alınıb. 2000-ci ildə bu göstərici 531 olub.
Suraxanı rayonunda qeydə alınan cinayətlərin sayı isə sürətlə artıb. 2000-ci ildə rayonda 336 cinayət qeydə alındığı halda, 2014-cü ildə bu rəqəm 849 olub.
Eləcə də Sabunçu rayonunda 2000-ci ildə 454, 2014-cü ildə 1148 cinayət qeydə alınıb.
Nizami rayonunda 2000-ci ildə 457, 2014-cü ildə isə 1 202 cinayət qeydə alınıb.
Nərimanovda 2000-ci ildə 554, 2014-cü ildə 1 080, Nəsimi rayonunda 2000-ci ildə 731, 2014-cü ildə 1 483 cinayət qeydə alınıb. Yasamalda bu göstərici son 10 ildə 681-dən 1 325-ə yüksəlib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.