haberL haberR

Bakıda festival keçirmək istəyən gənclər polisə aparıldı - VİDEO

Kateqoriya: Hadisə Yayımlama tarixi: 01.09.2016 15:53:59

“Biz əlimizdəki su butulkalarının qapığını deşərək bir-birimizi sulamaqla festivalı qeyd etmək istəyirdik"

Dünən Bakıda Su festivalı keçirən gəncləri polis saxlayaraq bölməyə aparıb.

Bu barədə Bizimyol.info-ya festival iştirakçılarından biri məlumat verib. “Biz əlimizdəki su butulkalarının qapığını deşərək bir-birimizi sulamaqla festivalı qeyd etmək istəyirdik.
Filarmoniyanın yanında olan parkda polislər bizə icazə vermədilər. Daha doğru bizi qovdular. Biz Dağüstü parkda qeyd etdik. Burada bir-birimizi sulayırdıq. Əraziyə gələn polis əməkdaşları festival iştirakçısı olan 20 nəfəri saxladı. Bizə təzyiq göstərərək post-patrul maşınlarına mindirərək ərazidən uzaqlaşdırdılar”, - deyə festival iştirakçısı bildirib.

Onun sözlərinə görə, iki saata yaxın şəxslər polis bölməsində saxlanıldıqdan sonra sərbəst buraxılıblar.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.