haberL haberR

Bakıda fətullahçılara qarşı əməliyyat?

Kateqoriya: Kriminal Yayımlama tarixi: 20.11.2015 12:59:53

Hüquq-mühafizə orqanlarının əməkdaşları Bakının Yasamal rayonunda nurçuluq təriqətinin üzvlərinə qarşı əməliyyat keçirib.

Moskva prospekti ev-75, mənzil 78 ünvanına baxış zamanı nurçuluğu təbliğ edən 70-dən artıq ədəbiyyat aşkarlanıb.

Bundan başqa, nurçuluq təriqətinin 10-dan artıq üzvü saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.(Report)

Qeyd edək ki, nurçuların əsas qollarından biri Fətullah Gülənə bağlı fətullahçılar sayılır.

Lakin saxlanılanların fətullahçı və ya hansı qrupa aid olduğunu  dəqiqləşdirmək mümkün olmayıb.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.