haberL haberR

Bakıda gənc əfqanıstanlı qız 12-ci mərtəbədən yıxılaraq ölüb

Kateqoriya: Hadisə Yayımlama tarixi: 25.02.2016 10:12:25

Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib

 Binəqədi rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Rəsulzadə qəsəbəsi, Musabəyov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında qeydə alınıb. Həmin binanın 12-ci mərtəbəsindəki mənzillərdən birində yaşayan Əfqanıstanın Kabul şəhərində anadan olmuş, 1999-cu il təvəllüdlü Fatimə Ezatullahi pəncərə silərkən ehtiyatsızlıqdan yıxılaraq ölüb.

 

Faktla bağlı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

 

Qeyd edək ki, F. Ezatullahi Azərbaycanda qaçqın statusu almış əfqandır. 

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.