haberL haberR

Bakıda gömrük işçisini güllələyib 102 min manatı apardı

Kateqoriya: Kriminal Yayımlama tarixi: 04.03.2015 13:29:58

Bir neçə gün öncə paytaxtın mərkəzində ofisə basqın olub
İslamazeri.az xəbər verir ki, “qafqazinfo”nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, hadisə fevralın 28-də saat 22 radələrində baş verib.
 
Naməlum şəxs Nəsimi rayonu, Kovereçkin küçəsində yerləşən ofisə basqın edib.
O, Bakı şəhər sakini 1963-cü il təvəlüldlü Ərfatsiyad Babayevi sol çiynindən güllələyib. Bundan sonra seyfdən 102 min manat pulu götürüb və ofisin arxa qapısından çıxaraq oradan uzaqlaşıb. Ə.Babayev xəstəxanaya daxil olub, vəziyyəti ağırdır. 
Məlumata görə, Ə.Babayev Gömrük Komitəsində işləyir.
 
Nəsimi Rayon Prokurorluğundan bildirilib ki, iş Bakı Şəhər prokurorluğuna verilib.
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.