haberL haberR

Bakıda hamilə qadını döyüb uşağını öldürdülər

Kateqoriya: Kriminal Yayımlama tarixi: 13.04.2016 15:05:25

Bakı sakini qohumu tərəfindən döyülməsi ilə bağlı polisə müraciət edib.

Lent.az-ın məlumatına görə, Xətai rayon Tağızadə küçəsində yaşayan 1994-cü il təvəllüdlü Gülnar Salamova (ad və soyadlar şərtidir) dünən axşam saatlarında yaşadığı evdə qaynı, 1988-ci il təvəllüdlü Elton Salamov tərəfindən döyüldüyünü bildirib.

22 yaşlı qadın qeyd edib ki, döyülmə nəticəsində bətnindəki 7 həftəlik cinsiyyəti məlum olmayan döl ölüb.

Müraciət əsasında araşdırma aparılır.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.