haberL haberR

Bakıda hər gün 4 milyon manatlıq ev alınır

Kateqoriya: Ölkə Yayımlama tarixi: 05.01.2015 20:18:33 1092 dəfə oxunub.

Azərbaycan əhalisi aktiv surətdə daşınmaz əmlaka yatırım etməyə başlayıb

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı hesabatdan məlum olur. AMB-nin məlumatlarına görə, bu ilin 11 ayında daşınmaz əmlakın alınmasına və tikintisinə ayrılan kreditlər 271 milyon manat artıb.

Nətcədə dekabrın 1-ə bu sahəyə ayrılan kreditlərin həcmi 1 milyard 162 milyon manata çatıb. Son aylar isə bu proseslər daha da sürətlənib. Belə ki, təkcə noyabrda daşınmaz əmlakın tikintisinə və alınmasına 124 milyon manat xərclənib. Bu hesabla noyabrın hər günündə əmlak bazarına bu və ya digər formada 4 milyon manatdan artıq vəsait yatırılıb.

Müqayisə üçün bildirək ki, noyabrda ölkədə verilən istehlak kreditlərinin həcmi cəmi 144 milyon manat təşkil edib. Bu hesabla həmin dövrdə verilən istehlak kreditlərinin 86%-i məhz əmlak bazarına yönəldilib (fins.az).

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.