Bakıda hündürmərtəbəli binada dəhşətli faciə
Bakının Səbail rayonunda hündürmərtəbəli binaların birində dəhşətli hadisə baş verib

Səbail rayon Polis İdarəsi 7-ci polis bölməsindən verilən məlumata görə, hadisə dünən saat 19:30-da baş verib.
Verilən məlumata görə, Bayıl yaşayış sahəsi, İ. Məmmədov küçəsi 2 "A" ünvanında yerləşən 14 mərtəbəli binada yaşayan 1975-ci il təvəllüdlü Elmar Davud oğlu Mustafayev liftin qapıları arasında qalıb. Nəticədə Elmar Mustafayevin boynu qırılıb.
Hadisə liftin binanın 3-cü mərtəbəsində olduğu zaman baş verib. Mərhum oğlu ilə yaşadığı 12-ci mərtəbəyə qalxarkən ift üçüncü mərtəbədə xarab olub. Kişi liftin qapısını aralayıb oğlunu çölə çıxarıb. Özü çıxmaq istəyərkən lift hərəkət edib. Nəticədə Elmar Mustafayevin başı qapının arasında qalaraq boynu sınıb.
Faktla bağlı araşdırma aparılır.(anspress)
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.