Bakıda iki qardaşı bıçaqladılar

APA-nın məlumatına görə, rayonun 7-ci mikrorayon ərazisində 28 yaşlı Tural Fəqan oğlu Fətullayev və qardaşı Cavid onlara 4000 ABŞ dolları borcu olan Azər adlı şəxslə mübahisə ediblər. Mübahisə əlbəyaxa davaya çevrilib.
Davadan bir neçə saat sonra Azərin Tacəddin və Elbrus adlı dostları Turala zəng edərək görüşməyi təklif ediblər. Tərəflər Biləcəri qəsəbəsinə görüş təyin ediblər. Tural görüşə qardaşı Cavidlə gedib. Görüş zamanı yenə tərəflər arasında dava düşüb. Dava zamanı Tacəddin adlı şəxs Turalı, Elbrus isə Cavidi bıçaqlayıb. Yaralıları xəstəxanaya hadisə yerinə polis əməkdaşları ilə gələn ataları çatdırıb.
Müayinə zamanı Turalın qolundan yüngül xəsarət aldığı, qardaşının isə sinə nahiyəsindən daxilə nüfuz edən bıçaq xəsarətinin olduğu müəyyən edilib. Cavid Fətullayev əməliyyat olunub, Tural isə tibbi yardımdan sonra ambulator müalicəyə buraxılıb. Qardaşları bıçaqlayan Tacəddin və Elburus adlı şəxslər hadisə yerini "Mercedes" markalı avtomobillə tərk ediblər. Hazırda onların tutulub istintaqa təhvil verilməsi istiqamətində əməliyyat axtarış tədbirləri həyata keçirilir. Faktla əlaqədar cinayət işi başlanıb.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.