haberL haberR

Bakıda ilk elektromobil enerji doldurma məntəqəsi fəaliyyətə başlayıb

Kateqoriya: Texnologiya Yayımlama tarixi: 22.06.2015 12:32:12

Bakıda “Green Car” şirkətinin “yaşıl” elektromobil avtomobilinin təqdimat mərasimi keçirilib

Bundan başqa, bu tip avtomabilləri enerji ilə təchiz etmək üçün paytaxtda  ilk elektromobil enerji doldurma məntəqəsi də fəaliyyətə başlayıb.


İslamazeri.az-ın “ICTnews”-a istinadən verdiyi xəbərə görə, dünyanın  ən qənaətcil və sürətli ikinəfərlik avtomobili iddia edilən elektromobilin adı “Detroit Electric SP01”-dir.

285 at gücünə malik olan elektrik mühərrikdən ibarət olan güc qurğusu 3.7 saniyəyə bu idman kupesinin sürətini minədək artıra bilər. Avtomobilin maksimal ehtiyatı 300 kilometr təşkil edir. Avtomobilin daxili dizaynı müştərinin tələblərinə əsasən   naviqasiya sistemi, yumşaq dam, karbon əlavələr, idman oturacaqları, 17 düymlük təkər diski ilə təchiz edilə bilər.

Qeyd edək ki, “Green Car”, “Azərişıq” və İDEA İctimai Birliyi Bakı şəhərinin müxtəlif hissələrində müasir texniki avadanlıqlarla təchiz edilmiş enerjidoldurma məntəqələri yaradacaqlar. 

İlk enerjidoldurma məntəqəsi Heydər Əliyev Mərkəzinin parketməsində açılıb. Bu punktlarda quraşdırılan  aparatlar xüsusi proqram təminatı vasitəsi ilə idarə edilir və müasir texnologiyaların  bütün yeniliklərinə uyğun şəkildə istənilən elektromobilin enerjisini doldura bilər.

Şirkətin yerli avtomobil bazarına təqdim etdiyi elektromobillər, elektromotosikletlər, elektrovelosipedlər heç bir halda ətraf mühiti çirkləndirmirlər. Onlar ekologiyanın mühafizəsi layihəsinin bir hissəsidir.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.