haberL haberR

Bakıda İmam Zamanın (ə.f) mövludu qeyd olunacaq

Kateqoriya: İslam Yayımlama tarixi: 29.05.2015 10:03:55

İyunun 6-da Bakının Bilgəh kəndində İmam Zamanın (ə.f) mövludu qeyd olunacaq

İslamazeri.az-ın məlumatına görə, mərasim kəndin "Xanım Zəhra" Məscidində baş tutacaq. Mərasimin fəxri qonaqları ilhaiyyatçılar Hacı Ramil, Hacı Əli Nur, Hacı Şeyx Fədai, Hacı Sahib, Hacı Rza, Hacı İlqar İbrahimoğlu, Hacı Emil, Hacı İlham, Hacı Mircəfər, Hacı Cavid, Hacı Saleh, Kərbəlayi Taryel, Şair: Hacı Fərman və "NUR" İlahi nəğmələr qrupu olacaq.

Qeyd edək ki,  müqəddəs şaban ayının 15-i müsəlmanların 12-ci imamı Məhəmməd ibni Həsən əl-Məhdinin mövlud günüdür.

Xatırladaq ki, “Sahibəzzəman”, “Vəliyyi-əsr”, “Vəd edilmiş Mehdi”, “Höccət” on ikinci imamın ən məşhur ləqəbləridir. Peyğəmbərdən nəql edilən hədisə əsasən, onunla Mehdinin adı və künyəsi eynidir və o dünyanın sonuna bir gün qalsa belə zühur edərək, ədaləti yer kürəsində bərpa edəcək.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.