haberL haberR

Bakıda "İŞİD"çilərə hökm oxundu - 40 il

Kateqoriya: Ölkə Yayımlama tarixi: 26.08.2015 15:01:24

Hökmə əsasən Şahbazi Bəxtiyar İmriz oğlu 14 il, onun oğlu Şahbazi Bəhruz Bəxtiyar oğlu 12 il, Məhəmmədzadə Sadiq Yadigar oğlu 14 il müddətinə azadlıqdan məhrum edilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada döyüşən azərbaycanlı "İŞİD"çilərin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.Hökmə əsasən Şahbazi Bəxtiyar İmriz oğlu 14 il, onun oğlu Şahbazi Bəhruz Bəxtiyar oğlu 12 il, Məhəmmədzadə Sadiq Yadigar oğlu 14 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat nəticəsində Bəxtiyar Şahbazi və onun 1985-ci il təvəllüdlü oğlu Bəhruz Şahbazi, həmçinin Sadiq Məhəmmədzadə saxlanılıb.Onlar 2014-cü ildə qeyri-qanuni yolla Suriya Ərəb Respublikasının ərazisinə gedərək, orada həmin ölkənin və Azərbaycan Respublikasının qanunvericilikləri ilə nəzərdə tutulmayan qanunsuz silahlı birləşmələrin tərkibində radikal dini və hərbi təlimlər keçib, müxtəlif növ odlu silahdan istifadə qaydalarını öyrəniblər. Təlimlərdən sonra onlar Suriya Ərəb Respublikasının ərazisində həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətlərində iştirak ediblər. (qafqazinfo)

 
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.