haberL haberR

Bakıda itkin düşmüş şəxs vəhşicəsinə öldürülüb

Kateqoriya: Kriminal Yayımlama tarixi: 18.12.2014 13:52:16

Bakıda itkin düşmüş şəxsin vəhşicəsinə öldürüldüyü məlum olub.

İslamazeri.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadla verdiyi məlumata görə, dekabrın 16-da Sabunçu rayonunun Ramana qəsəbəsi Südçülük sovxozu adlanan ərazidə Bakı şəhər sakini Arif Məmmədova məxsus həyətdə dekabrın 13-dən itkin düşmüş Masallı rayon sakini Əli Seyidovun əl və ayaqları yapışqanlı lentlə bağlı, başına sellofan keçirilmiş, boyunu sınmış və sifət nahiyəsində kəsilmiş-deşilmiş xəsarətlər olan meyiti soyuducunun içərisində torpağa basdırılmış vəziyyətdə tapılıb.

Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində qətli törətmiş Lənkəran şəhər sakini Hafiz Səmədov tutulub.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.