Bakıda keçmiş məmur arvadı və qızı tərəfindən öldürülüb
Bakının Nizami rayonunda keçən ilin sentyabr ayında qətlə yetirilən kişinin həyat yoldaşı və qızı tərəfindən öldürüldüyü məlum olub

İslamazeri.az-ın report-a istinadən verdiyi məlumata görə, hadisə zamanı Babək prospekti ev 17-də 1964-cü il təvəllüdlü İsgəndərov Füzuli Haqverdi oğlu yaşadığı evin yaxınlığında amansızlıqla öldürülüb.
Bakı Şəhər Prokurorluğu və Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı hadisənin mərhumun həyat yoldaşı Xalidə İsgəndərova və qızı Əmanə İsgəndərova tərəfindən törədildiyi məlum olub. X.İsgəndərova və Ə.İsgəndərova şübhəli şəxs qismində saxlanılıblar.
Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.
Qeyd edək ki, qətlə yetirilən F.İsgəndərov uzun illər Daşınmaz Əmlak üzrə Dövlət reyestri Xidmətinin rəis müavini olub. Onun, həm də sabiq maliyyə naziri Əvəz Ələkbərovun xalası oğlu olduğu bildirilir.
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.