haberL haberR

Bakıda kiçik ət kəsimi məntəqələri ləğv ediləcək

Kateqoriya: Ölkə Yayımlama tarixi: 15.08.2015 13:38:28

Bakıya daxil olan üç istiqamətdə - Şamaxı-Bakı, Quba-Bakı yolunda, Qaradağ rayonunun girişində özəl ət kəsim məntəqələrinin tikilməsi nəzərdə tutulub

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat rəhbəri Yolçu Xanvəli  bildirib ki, qurum tərəfindən hazırlanan layihə Kənd Təsərrüfatı Nazirliyinə təqdim olunub. O deyib ki, layihəyə əsasən, Bakıya daxil olan üç istiqamətdə - Şamaxı-Bakı, Quba-Bakı yolunda, Qaradağ rayonunun girişində özəl ət kəsim məntəqələrinin tikilməsi nəzərdə tutulub: "Özəl ət kəsim məntəqələrinin tikilməsindən sonra Bakı şəhəri ərazisindəki kiçik ət kəsim "butka"larının hamısı ləğv ediləcək. Heyvanlar xüsusi kəsim məntəqələrində kəsildikdən sonra soyuducu maşınlarda şəhərə paylanılacaq".
Y.Xanvəli əlavə edib ki, özəl ət kəsim məntəqələrinin tikilməsi sahibkarlardan asılıdr: "Onlar bu işə təşəbbüs göstərməli və maliyyə yatırmalıdırlar. Amma hələlik bunu həyata keçirmək üçün müraciət edən olmayıb".(azvision)

 
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.