haberL haberR

Bakıda məktəbdə baş verən yanğın söndürülüb (rəsmi açıqlama)

Kateqoriya: Ölkə Yayımlama tarixi: 06.11.2014 11:30:00

Bakıda orta məktəbdə yanğın oldu,yanğın söndürüldü

İslamazeri.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu Bayıl qəsəbəsində yerləşən 51 saylı orta məktəbin birinci mərtəbəsində elektrik şitində yanğın baş verməsi barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub.

Yanğın 12 kv/m sahəni əhatə edib. Həyata keçirilən tədbirlər nəticəsində şagirdlər təxliyə olunub və yanğın söndürülüb. Xəsarət alan yoxdur.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.