haberL haberR

Bakıda magistral su kəməri partladı

Kateqoriya: Hadisə Yayımlama tarixi: 11.04.2015 10:44:13

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda magistral su kəmərinin partlaması nəticəsində çoxmənzilli yaşayış binasının zirzəmisinə 1 metr hündürlüyündə su dolub

İslamazeri.az-ın Fövqəladə Hallar Nazirliyinin  saytına istinadla verdiyi məlumata görə, həmin binanın zirzəmisində  özünə yaşayış sahəsi yaratmış vətəndaş çıxmaq iqtidarında olmayıb.

Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər zirzəminin  apısını açmış və vətəndaşı xilas ediblər. 

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.