haberL haberR

Bakıda məktəb müəlliməsinin 100 min manatını ələ keçirdilər

Kateqoriya: Hadisə Yayımlama tarixi: 24.05.2016 10:37:34

Əzimova polisə müraciət edib.

Bakıda orta məktəb müəlliminə qarşı dələduzluq edilib.

Nərimanov Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Bakı şəhər sakini, 1963-cü il təvəllüdlü Əzimova Məhluqə Bəybala qızı Baş Prokurorluğa ərizə ilə müraciət edərək Mədət adlı şəxsin onu aldadaraq 100 min manat pulunu aldığını bildirib.

Baş Prokurorluq şikayətin araşdırılması üçün ərizəni aidiyyəti üzrə Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinə göndərib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, M.Əzimova 283 saylı orta məktəbin müəllimidir.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.