haberL haberR

Bakıda mənzildəki 190 min dollardan 150 mini oğurlanıb

Kateqoriya: Kriminal Yayımlama tarixi: 18.02.2016 10:03:29

Bakıda mənzildən külli məbləğdə pul oğurlanıb.

“Report”un xəbərinə görə, hadisə Nəsimi rayonunda baş verib.

Belə ki, Rəşid Behbudov küçəsi ev 142-də yaşayan Rusiya Federasiyasının vətəndaşı Bəhman Niyazi oğlu Səmədovun evində olan 190 min ABŞ dollarının 150 min dolları naməlum şəraitdə oğurlanıb. Oğru (və ya oğrular) mənzildəki 40 min dolları saxlayaraq gedib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 21-ci Polis Bölməsində (PB) araşdırma aparılır.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.