haberL haberR

Bakıda mənzildən 50 min manatlıq qızıl oğurlanıb

Kateqoriya: Kriminal Yayımlama tarixi: 25.03.2016 11:56:35

Bakıda yaşayış evindən oğurluq edilib.

Xətai rayon Polis İdarəsindən APA-ya verilən xəbərə görə, rayon sakini Elşad Abdullayev mənzilindən 50 min manat dəyərində qızıl əşyaların oğurlanması barədə polisə məlumat daxil olub.

 Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Mingəçevir şəhər sakini Bəxtiyar Abdullayev və Neftçala rayon sakini, əvvəllər məhkum olunmuş İsmayıl Rzayev tutulublar. 

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.