haberL haberR

Bakıda məscidi yandırmaq istəyənlərə 15-17 il həbs istənildi

Kateqoriya: Kriminal Yayımlama tarixi: 14.12.2015 17:38:19

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Qaraçuxur qəsəbəsindəki məscidə parlayıcı vasitə atmaqda təqsirləndirilən Namiq Nəsibov və Elnur Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. O, N, Nəsibovun 17 il, E. Ələkbərovun isə 15 il müddətinə azadlıqdan məhrum edilmələrini istəyib.
 Proses dekabrın 21-də davam etdiriləcək.
Qeyd edək ki, ötən il noyabrın 26-da Qaraçuxur qəsəbəsində yerləşən «Cümə» məscidinə yandırıcı maye ilə doldurulmuş şüşə butulkalar atılaraq, yanğın törədilib. Milli Təhlükəsizlik Nazirliyi tərəfindən keçirilmiş tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Namiq Nəsibov və Elnur Ələkbərov saxlanılıblar.

Bakıda məscidi yandırmaq istəyənlərə 15-17 il həbs istənildi

/haberimaj/habergaleri/0J7V9E0H9S6V.JPG
  1. Bakıda məscidi yandırmaq istəyənlərə 15-17 il həbs istənildi

  2. Bakıda məscidi yandırmaq istəyənlərə 15-17 il həbs istənildi

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.