haberL haberR

Bakıda məşhur mağazadan 2 100 cüt ayaqqabı oğurlandı

Kateqoriya: Kriminal Yayımlama tarixi: 18.02.2016 14:18:20

Bakıda məşhur mağazadan 120 min manatlıq oğurluq edilib.

 “Report”un xəbərinə görə, “Diamoni” MMC-nin direktoru, Bakı şəhər sakini 1971-ci il təvəllüdlü Yaşar Qürbət oğlu Hüseynov polisə müraciət edib.

Direktor polisə müraciətində bildirib ki, 2013-cü ildən 2015-ci ilin mart ayınadək MMC-də işləyən Bəxtiyar adlı şəxs açıq pəncərədən keçməklə şirkətdən 120 min manat dəyərində 2 100 cüt ayaqqabı oğurlayıb.

Şikayətlə bağlı Suraxanı Rayon Polis İdarəsinin (RPİ) 31-ci Polis Bölməsində (PB) araşdırma aparılır.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.