haberL haberR

Bakıda məşhur qızıl dükanının sahibi evində qətlə yetirildi

Kateqoriya: Kriminal Yayımlama tarixi: 05.01.2016 16:21:07

Bakıda evində ölü tapılan qadına 43 bıçaq zərbəsi vurulub.

APA TV-nin hadisə yerində olan əməkdaşının məlumatına görə, hadisədən ilk olaraq öldürülən şəxsin qızı xəbər tutub, polisə də o məlumat verib.

 İlkin araşdırma zamanı Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi 17 ünvanında meyiti tapılan qadının 1960-cı il təvəllüdlü Məryəm Namədzadə olduğu müəyyənləşib.

 Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

 Qeyd edək ki, Məryəm Namədzadə Bakıdakı məşhur “Jewellery” zinət əşyaları mağazasının sahibi olub.

Bakıda sahibkar qadının evində xüsusi amansızlıqla öldürülməsi faktı ilə bağlı cinayət işi başlanıb.

 Bakı şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, faktla bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.11-ci (quldurluq, hədə qorxu ilə tələb etmə ilə əlaqədar qəsdən adam öldürmə) və 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanıb, cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.