haberL haberR

Bakıda “Moskva” univermağı qarət olundu

Kateqoriya: Kriminal Yayımlama tarixi: 31.03.2016 9:21:51

Bakının Nəsimi rayonunda ticarət mərkəzindən oğurluq edilib.

APA-nın məlumatına görə, hadisə Cavadxan küçəsi 5 ünvanında yerləşən “Moskva” univermağında baş verib.

 Gecə saatlarında univermağa gələn naməlum şəxslər qapını sındırmaq yolu ilə içəri daxil olublar. Oğrular ticarət mərkəzindən xeyli miqdarda qızıl-zinət əşyalarını götürərək hadisə yerini tərk ediblər. Ticarət mərkəzinin mühafizəçisi hadisə zamanı yatdığından, oğurluqdan xəbəri olmayıb. O, hadisədən xəbər tutduqdan sonra polisə məlumat verilib.

 Hadisənin baş verən əraziyə və nəzarət kameralarına polis tərəfindən baxış keçirilib. Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən iki nəfər saxlanılıb. Dəstənin bütün üzvləri tutulmadığı üçün saxlanılan şəxslərin adı açıqlanmır. Oğurluqda iştirak edən digər şəxslərin axtarışları davam edir.

 

Faktla əlaqədar Nəsimi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 177-ci (Oğurluq) maddəsi ilə cinayət işi başlanılıb. Araşdırma aparılır.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.