Bakıda növbəti vəhhabi qruplaşması ələ keçirilib: Adil Rəcəbov da saxlanılıb

İslamazeri.az-ın "Haqqın.az"-a istinadən verdiyi xəbərə görə, dünən gecə Bakının Yasamal rayonunda xüsusi xidmət orqanlarının əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri sayəsində radikal islamçılarla bağlı olmaqda şübhəli bilinən 42 nəfər saxlanılıb.
MTN tərəfindən saxlanılan radikallar daha sonra polisə təhvil verilib.
Məlum olub ki, xüsusi xidmət əməkdaşları M.Seyidov küçəsi, 13 ünvanında yerləşən və Fərzəliyev adlı şəxsə məxsus olan “Farklı Lahmacun” adlı kafe-çayxanaya basqın ediblər. Həmin vaxt kafedə 40-dan çox adam olub və onlar dini xarakterli tədbir keçirirmiş. Toplaşanlar arasında yetkinlik yaşına çatmayan iki şəxs də olub.
Saxlanılanların Yasamal Rayon Polis İdarəsinə təhvil verildiyi bildirilir. Kafedən dini xarakterli ədəbiyyat da götürülüb. Xəbər verilir ki, tutulanlardan bir neçəsinə qarşı CM-in 168.2 maddəsi üzrə cinayət işi qaldırılıb. Hələlik onlardan üçünün adı məlumdur. Bunlar Zaqatala rayon sakinləri Adil Məmməd oğlu Rəcəbov, Kamran Eldar oğlu və Bakı sakini Zaur Əhəd oğlu Şabanovdur.
Hazırda saxlanılanların Azərbaycandan xaricdə qanunsuz silahlı birləşmələrin tərkibində döyüşüb-döyüşmədiyi araşdırılır. Ehtimal edilir ki, onların Suriya və İraqda döyüşən radikallarla əlaqələri var.
Maddə 168.: Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə
168.1. Dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında fəaliyyət göstərən və bu fəaliyyətlə ictimai asayişi pozan, yaxud vətəndaşların sağlamlığına zərər vuran və ya formasından asılı olmayaraq vətəndaşların hüquqlarını pozan, habelə vətəndaşların qanunla müəyyən edilmiş vəzifələrini yerinə yetirməkdən yayındıran qrup təşkil etmə, ona rəhbərlik etmə və ya belə qrupda iştirak etmə—
— yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
168.2. Bu Məcəllənin 168.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin törədilməsinə yetkinlik yaşına çatmayanları cəlb etmə—
— iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.