haberL haberR
Bakıda cinayətkar qrup zərəriszləşdirildi, oğrular tutuldu

Bakıda cinayətkar qrup zərəriszləşdirilib,  dələduz qadın və  avtomobildən oğurluq edən tutulub.

İslamazeri.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadla verdiyi məlumata görə, Xəzər RPİ 2-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 24-də Rəşad Sadıqovun 2 ədəd mobil telefonunu, noutbukunu və planşetini soyğunçuluq yolu ilə almış Orxan Həmidov və qrupun digər üzvü - Qəbələ rayon sakini Ruslan Xankişiyev tutulublar.

Digər oğurluq hadisəsi isə bir qadının cinayətə əl atması ilə nəticələnib. Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Xəzər RPİ 1-ci və 2-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Fuad Dadaşovun, Zülfüqar Babayevin və Rafael Talıbovun evlərindən qızıl əşyalar oğurlamış, habelə Rasib Ələkbərovun 3500 manatını dələduzluq yolu ilə almış Yevlax rayon sakini Leyla Vəliyeva tutulub.

Daha bir cinayət hadisəsi isə elə Bakıda baş verib. Nəsimi RPİ 22-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 29-da Bakı şəhər sakinləri Kamran Həsənova məxsus “Hyundai” markalı avtomobildən 100 manat və 2 ədəd ətir oğurlamış, İlqar Əliyevə məxsus “Honda” markalı avtomobildən oğurluğa cəhd göstərmiş paytaxt sakini Məzahir Babayev tutulub. Ondan 1,878 qram tiryək götürülüb.

Hazırda bütün faktlarla bağlı müvafiq qaydada araşdırmalar aparılır.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.