haberL haberR

Bakıda oğurluq edən Türkmənistan vətəndaşı tutulub

Kateqoriya: Kriminal Yayımlama tarixi: 17.04.2015 13:36:52

Bakıda oğurluq hadisələri törədən şəxs saxlanılıb

İslamazeri.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən evrdiyi məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 4-də Suriya vətəndaşı Said Almohammada məxsus noutbuku oğurlamış Türkmənistan vətəndaşı Ağabala Rzayev tutulub.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun aprelin 5-də İran vətəndaşı Murad Əlizadə-Yeganiyə məxsus noutbuku, habelə aprelin 15-də Salyan rayon sakini Əhməd Məmmədovun mobil telefonunu oğurlaması da müəyyən edilib.

 

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.