haberL haberR

Bakıda ölümə aparan keçid - Video

Kateqoriya: Sosial Yayımlama tarixi: 14.03.2016 11:09:02

Piyada keçidi var, amma bu keçid həm sürücülər, həm də piyadalar üçün təhlükə saçır.

Baxmayaraq ki, buna zərurət var. Çünki sürücülərin bu piyada zolaqlarını vaxtında görməsi imkanı məhduddur.

İslamazeri.az xezerxeber.com-a istinadən bildirir ki, asfalt üzərində piyada zolağı çəkilib, amma bununla bağlı nişan yoxdur. Üstəlik, zolaq döngədən dərha sonra və yoxuşda çəkilib. Söhbət Xətai rayonu Xudu Məmmədov küçəsindən gedir. Burada bir neçə yerdə piyada keçidi olsa da, heç birinin xəbərdaredici nişanı yoxdur.

Nəzərə alsaq ki, yaxınlıqda məktəb və istirahət parkı var, onda təhlükənin miqyasını daha yaxşı dərk etmək olar. Bənzər mənzərəni həmin küçəyə yaxın Aşıq Ələsgər küçəsində də müşahidə etmək mümkündür. Ekspertlər isə deyirlər ki, yoxuşların sonunda piyada keçidi varsa, mütləq yol nişanları qoyulmalıdır.

Bu cür yerlərdə qəzalar baş verərsə, birmənalı sürücülərin günahlandırılması da mübahisə doğura bilər. Burada yol nişanına cavadehlik daşıyan müvafiq qurum da məhkəmə prosesinə cəlb edilə bilər.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.