Bakıda Özbəkistan vətəndaşı adam bıçaqlayıb
Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib

İslamazeri.az-ın Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadla verdiyi məlumata görə, Ramana qəsəbəsindən qəsəbə sakinləri Saleh Məmmədovun və İbrahim Əliyevin kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilmələri barədə Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Bölməsinə (PB) məlumat verilib. 12-ci PB əməkdaşları tərəfindən aparılan tədbirlərlə S.Məmmədova xəsarətin Özbəkistan vətəndaşı Tahir Əliyev tərəfindən, İ.Əliyevə isə xəsarətin S.Məmmədov tərəfindən yetirilməsi müəyyən edilib. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində T.Əliyev tutulub.
Faktla bağlı araşdırma aparılır.
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.