haberL haberR

Bakıda özlərini polis kimi təqdim edən dəstə üzvləri yaxalanıb

Kateqoriya: Kriminal Yayımlama tarixi: 17.02.2015 10:09:43

Bakıda özlərini polis kimi təqdim edən şəxslər saxlanılıb

Bu barədə Bakı Şəhər Baş Polis İdarəsindən (BŞBPİ) bildirilib. İdarənin Cinayət Axtarış İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 21-də Ələkbərov küçəsi 10-da yerləşən daşınmaz əmlak ofisində Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü Elşad Muradovun etibarından sui-istifadə edərək 10.000 manat, yanvarın 28-də Azərbaycan prospektində - Daxili İşlər Nazirliyinin inzibati binasının yaxınlığında Abşeron rayon sakini 1982-ci il təvəllüdlü Elgün Ələkbərovun etibarından sui-istifadə edərək, 95.000 manat pulunu dələduzluq yolu ilə mənimsəməkdə şübhəli bilinən Bakı şəhər sakinləri - 1978-ci il təvəllüdlü Nazim Məmmədov, 1982-ci il təvəllüdlü Zaur Ədilov və Tovuz rayon sakini, 1993-cü il təvəllüdlü İlkin Bayramov tutulublar.

Müəyyən olunub ki, əvvəllər oğurluq, dələduzluq, hədə-qorxu ilə pul tələb etmə maddələri ilə məhkum olunmuş Nazim Məmmədov vətəndaşların etibarını qazanmaq üçün özünü məsul polis əməkdaşı kimi təqdim edib, qanunsuz olaraq xidməti polis mundirində, mayor xüsusi rütbəsində, Zaur Ədilov polis baş leytenantı rütbəsində Bakıda tikilməkdə olan çoxmərtəbəli yaşayış binalarında yerləşən mənzillərin sənədlərini saxtalaşdıraraq alqı-satqısını həyata keçiriblər.

Özünü polis kimi təqdim edən şəxslərdən birinin cinayət əməli Mərkəzi Univermağın təhlükəsizlik kameralarına düşüb.(apa)

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.