haberL haberR
Faktla bağlı istintaq aparılır.

Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

“İslamazeri.az” “Report”a istinadən xəbər verir ki, Zabrat-Maştağa şosesində 1983-cü il təvəllüdlü Eşqin Əhmədovun idarə etdiyi “VAZ-21150” və 1951-ci il təvəllüdlü Vaqif Eminovun idarə etdiyi “VAZ-21041” markalı avtomobillər toqquşub.

Nəticədə V.Eminovun sərnişinləri Neftçala rayon sakini 1960-cı il təvəllüdlü Gülnişan Qurbanova, 1970-ci il təvəllüdlü Xatirə Qurbanova, 1961-ci il təvəllüdlü Tamara İsayeva və 1953-cü il təvəllüdlü Mehrəmsə Kərimova müxtəlif dərəcəli xəsarətlər alıb. Onlar 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdiriliblər.

Qeyd edək ki, sürücülərdən Eşqin Əhmədov polis serjantıdır.

Faktla bağlı istintaq aparılır.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.