haberL haberR
Bakıda ekspress qatarında oğurluq edilib

İslamazeri.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə martın 1-də Gəncə-Bakı ekspress qatarında baş verib.

Qatarda vaqon bələdçisi işləyən Bakı şəhər sakini Elmira Koçkarovanın çantasından 150 manatı oğurlanıb.

Məlumat daxil olan kimi Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşları əməliyyat keçirib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən, həmin vaqonda mühafizəçi işləyən Nicat Rəsulov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.